SİYASƏT


Səfir Elmira Axundova Poltava vilayətinin diaspor nümayəndələri ilə görüşüb

Poltava şəhərində keçirilən görüşün əsas məqsədi diaspor təşkilatlarının regionda fəaliyyəti ilə tanış olmaq, onların üzləşdiyi problemləri müzakirə etmək, gələcək hədəfləri müəyyənləşdirməkdir.
Azərbaycanın milli maraqlarının müdafiəsi naminə birgə fəaliyyətin vacibliyini vurğulayan səfir E.Axundova bildirib ki, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq məqsədilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başladığı əməliyyatlar zamanı işğalçıya sarsıdıcı zərbələr vurdu və düşməni tam məğlubiyyətə uğratdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır