İQTİSADİYYAT


Bu günə qədər 3 minə yaxın fermer mineral gübrələrin səyyar satış xidmətindən yararlanıb

“Aqroservis” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə payızlıq əkin mövsümü ilə əlaqədar olaraq fosforlu və kaliumlu gübrələrə olan tələbata əsasən ammofos, kükürdlü ammofos və nitroammofoska gübrələrinin səyyar satışı prosesi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda “Aqroservis” ASC-nin səyyar qrupları şimal rayonlarındakı fermerlərə xidmət göstərir. Əlavə olaraq digər təyinatlı gübrələrə tələbat olduğu təqdirdə, fermerlər həmin gübrələrlə də təmin edilir.