Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxt küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılır

28.11.2020 [11:21]

Xəbərin mətni

Noyabrın 28-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları növbəti - on yeddinci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirir. Bu işlərə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşı cəlb edilib.