SİYASƏT


Fransalı jurnalist: Gəncə və Bərdə şəhərlərində gördüyümüz səhnələr dəhşətli idi

Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç bir hərbi obyektin olmadığı mülki zonaya atılmışdı. Gəncə şəhərinin mərkəzində yaşayış massivi də gecə vaxtı uzaqmənzilli “SCUD” raketi ilə hədəfə alınmışdı. Bütün bunlar müharibənin dəhşətli anlarından idi. Gördüyümüz səhnələr dəhşətli idi.
AZƏRTAC xəbər verir ki, bu barədə 44 günlük müharibə zamanı Azərbaycanda olmuş “Paris Match” jurnalının müxbiri Reji Lö Somye “Franceinfo” telekanalına müsahibəsində bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır