ANAMA: Səfər imkanları yaradılana qədər işğaldan azad olunan ərazilərə səyahət edilməməlidir
30.11.2020 [15:56]
Xəbərin mətni
Əhalinin polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir. Buna görə də vətəndaşlar təhlükəsiz səfər imkanları yaradılana qədər işğaldan azad olunan ərazilərə səyahət etməkdən çəkinməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov noyabrın 30-da təşkil olunan mətbuat konfransında deyib.