SİYASƏT


Prezident İlham Əliyev: Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək

Bəyanatın altıncı bəndində göstərilir ki, Ermənistan Respublikası 15 noyabrda Kəlbəcər rayonunu və 1 dekabr tarixinədək Laçın rayonunu qaytarır. Bildiyiniz kimi, Rusiya tərəfi bizə müraciət edərək bir qədər vaxt istəyib. Kəlbəcər rayonunun bizə qaytarılması 15 noyabrda yox, 25 noyabrda artıq təmin edilib. Altıncı bəndin bu hissəsi icra edilib. Laçın rayonu Azərbaycana qaytarılıb.AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində üçtərəfli bəyanatın altıncı bəndini şərh edərkən bildirib.