İQTİSADİYYAT


Şuşaya aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib

Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb olunması prosesi yekunlaşdırılıb.
Qarabağımızın tacı olan Şuşamıza aparan yeni avtomobil yolu layihəsi şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir.