Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quba-Qonaqkənd yolunda tikinti işləri başa çatıb

07.12.2020 [14:19]

68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması işləri tamamlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.