SİYASƏT


Prezident İlham Əliyev: TAP layihəsinin istifadəyə verilməsi İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək

İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Mənim bu ilin əvvəlində İtaliyaya etdiyim dövlət səfəri bunun bariz nümunəsidir. Səfər zamanı bir çox önəmli sənədlər imzalanıb. Onların arasında Çoxölçülü Strateji Tərəfdaşlıq haqqında sənəd xüsusi yer tutur. Bu sənəd bizim strateji tərəfdaşlığımızı bir daha təsdiqlədi.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirib.