CƏMİYYƏT


Yeni Xınalıq yolunun 24 kilometrlik Alpan-Susay hissəsisinin tikintisi yekunlaşıb

Respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu kilometrindən ayrılan və uzunluğu 24 kilometr olan Alpan-Kürkün-Susay yolunun tikintisi işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihə çərçivəsində 2 hərəkət zolaqlı IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır