SİYASƏT


Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilib

Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqi keçirilib.AZƏRTAC xəbər verir ki, Azadlıq meydanında keçirilən məşq zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlər nümayiş olunub. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bildirib ki, dekabr ayının 10-da keçiriləcək paradda müharibə zamanı düşməndən ələ keçirilən toplar, kiçik çaplı, orta çaplı və iri çaplı minaatanlar, tanklar, BMP-lər nümayiş olunacaq.