SİYASƏT


Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı paylaşım edib

Tək Vətən Hərəkatını uğurla icra edən və Qarabağda böyük zəfər qazanan azərbaycanlı qardaşlarımızı təbrik edirik.AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bu gün Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı “Twitter”dəki paylaşımında bildirilib.
Qeyd olunub ki, Bakıdakı hərbi paradda iştirak edən qəhrəman Ordularımızın əsgərlərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik.