RƏSMİ


Şəhidlərin xatirəsinə ehtiram

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoydular.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır