İQTİSADİYYAT


“Sulutəpə dairəsi”ndə yeni yol qovşağının inşası tamamlanır

“Sulutəpə dairəsi”ndə tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşların rahat hərəkətinin təmin olunması üçün yeni yol qovşağı inşa edilir. Artıq inşaat işləri sonuncu mərhələ üzrə aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, qovşaq 2 yolötürücüsündən ibarətdir. Yolötürücüləri Biləcəri, Binəqədi, həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.