SİYASƏT


ARTE telekanalı erməni vəhşilikləri ilə bağlı reportaj yayımlayıb

Gəncə şəhəri. Ermənistan cəbhə bölgəsindən uzaqda yerləşən bu şəhəri ballistik raketlə hədəfə alıb. Oktyabrın 17-də raket hücumundan sağ qalan şahidlər danışırlar ki, bir evdə 5 nəfərlik, bir evdə isə 4 nəfərlik ailənin bütün üzvləri həlak oldular. Digər 5 nəfərlik ailədən yalnız kiçik qız sağ qalıb. Həmin gecə dəhşətli idi. Uşaqlar həlak oldular. Gecə insanlar yatan zaman Ermənistan ballistik raketlə şəhərin yuxuda olan dinc sakinlərini hədəfə aldı.AZƏRTAC xəbər verir ki, bu sözlər Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE-də yayımlanan reportajda yer alıb.