CƏMİYYƏT


“Qarabağ” ordenli şəhid polkovnik-leytenant Mehman Şirvanov

Əbəs yerə deməyiblər, Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar ölkəsidir. Bunu Vətən müharibəsində işğalçı düşmənə qan uddurub, onları torpaqlarımızdan qovan Rəşadətli Ordumuz bir daha bütün dünyaya sübut etdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın mərd oğulları Qarabağda qəhrəmanlıq dastanı yazdılar. Bu yeni dastan 2783 igidin boyundan ibarət oldu. Belə qəhrəmanlarımızdan biri də Vətən müharibəsində şəhid olan 23 polkovnik-leytenantdan biri, ölümündən sonra Ali Baş Komandanın sərəncamı ilə "Qarabağ" ordeni ilə təltif olunan Mehman Şirvanovdur.