CƏMİYYƏT


RİİB yeni könüllülük proqramına start verir

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) yeni könüllülük proqramına start verir. Əsas məqsəd könüllülərin RİİB-in fəaliyyətində fəal iştirakını təmin etmək, eləcə də onların bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və uğurlu karyera əldə etmələrinə təkan verməkdir. Proqramın məramı, həmçinin gənclərdə sosial məsuliyyət hissini artırmaq, onların ölkə üzrə şəbəkələşməsinə və sosiallaşmasına dəstək verməkdən ibarətdir.Bu çərçivədə könüllülər üçün təlimlər, seminarlar təşkil olunacaq, onların iştirakı ilə müxtəlif layihələr, tədbirlər və sosial aksiyalar keçiriləcək, həmçinin gənclərə öz təşəbbüslərini reallaşdırmaq üçün dəstək göstəriləcək.RİİB-in fəaliyyətində iştirak etmək arzusunda olan 17-29 yaş arasında hər bir gənc könüllü kimi qeydiyyatdan keçməklə proqrama qoşulmaq üçün müraciət edə bilər.Proqrama qoşulmaq istəyənlər http://riib.az/site/bizeqoshul linkinə daxil olaraq qeydiyyatdan keçməlidir.Proqramın icrasına 2021-ci ilin yanvar ayından başlanılacaq.Daha ətraflı məlumatı www.riib.az saytından və ictimai birliyin sosial şəbəkə hesablarından əldə etmək olar.