CƏMİYYƏT


Yasamal rayonunda işlədiyi mağazadakı ödəmə terminalından oğurluq edən şəxs tutulub

Yasamal rayonu A.Şərifzadə küçəsində yerləşən marketlərdən birinin içində quraşdırılan ödəmə terminalından oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs marketə daxil olaraq terminalı sındırıb və oradan 3500 manat oğurlayıb. Məlumat daxil olan kimi Yasamal Rayon Polis İdarəsinin və 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı məlum olub ki, ödəmə terminalından oğurluq həmin marketdə nəzarətçi işləyən Oğuz rayon sakini Müşfiq Lətifov tərəfindən törədilib. Əməliyyat zamanı həmin şəxs saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır