ELM VƏ TƏHSİL


Azərbaycan gəncliyinin gələcək peşələrə hazırlanması

Azərbaycanın əmək bazarı, getdikcə şaxələnən və rəqəmsallaşan iqtisadiyyata uyğun olaraq sürətlə dəyişir və heç kəsi kənarda qoymayaraq gənclərin yeni imkanlardan faydalanmasını təmin etmək üçün yeni növ təlim və bacarıqlar əldə edilməsinə çağırır.Azərbaycan gəncliyinin gələcək peşələrə və əmək bazarlarının dəyişən mənzərəsinə uyğunlaşmağa hazırlanması məqsədilə, peşə təhsili və təliminin müasirləşdirilməsi və sərmayələşdirilməsi hökumətin, Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının strateji baxışının mərkəzindədir. Artıq üç ildir əmək bazarının tələb etdiyi bacarıqlar istiqamətində peşə təhsili vasitəsilə inklüziv öyrənmə imkanlarının yaradılmasına kömək məqsədilə birgə çalışırıq.