CƏMİYYƏT


Şəhid anası: Oğlumla fəxr edirəm, mənə şəhid anası adını qoyub getdi

Vətənimizin işğal altında olan torpaqlarını düşmən tapdağından azad edərkən şəhid olan qəhrəmanlarımızdan biri də qusarlı Elvin Qurbanovdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elvin Qurbanov 1999-cu ildə Qusar rayonunun Balaqusar kəndində doğulub. Orta təhsilini rayonda yerləşən internat məktəbində alıb. Daha sonra kollecdə aşpazlıq ixtisası üzrə peşə təhsilinə yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra Qusardakı restoranların birində aşpazlıq etməyə başlayıb. Xoş və mehriban xasiyyətinə görə hamı tərəfindən sevilən Elvin Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb.