İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən Türkiyənin ilk ixrac qatarı artıq Çin ərazisindədir

Türkiyədən Çinə ixrac yüklərini daşıyan ilk qatar artıq Çin ərazisindədir.
AZƏRTAC xəbər verir ki, bu il dekabrın 4-də İstanbuldan çıxan ixrac qatarı Çinin Sincan Uyğur muxtar bölgəsindəki Xorqos quru limanına daxil olub. Hazırda Çinin gömrük qurumu və dəmir yolu stansiyası da daxil olmaqla, yerli səlahiyyətli idarələr gömrük rəsmiləşdirilməsini və gətirilən malların avtomatik yoxlanılmasını həyata keçirir. Qatar müvafiq proseduru keçdikdən sonra təyinat nöqtəsi olan Sian şəhərinə yola düşəcək.