CƏMİYYƏT


Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şahverdiyeva Samirə İlham qızına məxsus çamadan rentgen aparatından keçən zaman monitorda şübhəli təsvirlər müşahidə edilib.
Yoxlama zamanı çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən şirniyyat paketlərindən 13 650 ədəd preqabalin, üç bükümdə 552,9 qram narkotik vasitə-kokain, silindr formalı qutudakı yerfıstığının altından 283 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilmiş iki bükümdə 971,5 qram psixotrop maddə - metamfetamin aşkar edilib.