CƏMİYYƏT


Paytaxt küçələri növbəti dəfə dezinfeksiya olunub

Son günlərdə koronavirusa yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq, dekabrın 19-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları bu il növbəti - on səkkinci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirir.