Ağstafada xüsusi karantin rejimi qaydalarına nəzarət gücləndirilib
19.12.2020 [14:21]
Xəbərin mətni
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə fəaliyyətinə icazə verilən obyektlərdə, əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydləri davam etdirirlər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.