CƏMİYYƏT


Şəmkirli qazilər: Vətən bizim üçün candan da şirindir

Vətən müharibəsində əldə edilən qələbədə iştirak edən şəmkirli qazilarin də payları var. AZƏRTAC xəbər verir ki, Şəmkirin Keçili kəndindən onlarla gənc Vətən müharibəsində iştirak üçün yola salınıb. Onlardan 3 nəfər şəhidlik zirvəsinə yüksəlib. Bu kənddən olan qazilərlə söhbət edərkən onlar heç zaman döyüş anlarında yaşadıqlarını unutmayacaqlarını deyirlər. Bu gün keçdiyi döyüş yolundan danışan qazilərdən biri bu kəndin sakini Zakir Yunislidir.