CƏMİYYƏT


Paytaxtda “Kənddən Şəhərə” qış yarmarkası açılıb

Dekabrın 21-də metronun "Gənclik" stansiyası yaxınlığında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” qış yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş fermerlər kənd təsərrüfatı məhsullarını münasib qiymətlərlə satışa çıxarıblar.