CƏMİYYƏT


Sahibkarlara növbəti dəstək - Standartlaşdırma üzrə Dövlət Fondu yaradıldı

Standartlaşdırma üzrə Dövlət Fondu ölkədə istehsal olunan istehlak mallarının rəqabətədavamlılığının yüksəlməsinə əlavə imkan yaradacaq.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri qurumun nümayəndəsi Elməddin Quliyev deyib.
O bildirib ki, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydaları” əsasında sahibkarlıq subyektlərinin normativ texniki sənədlərə əlçatanlığının təmin edilməsi məqsədilə Standartlaşdırma üzrə Dövlət Fondu yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır