İQTİSADİYYAT


Çində Azərbaycan şərabçılığına dair növbəti master-klass keçirilib

Azərbaycan şərablarının Çində daha çox tanıdılmasına və ixracının genişləndirilməsinə dəstək məqsədilə Pekində Azərbaycan şərabçılığına dair növbəti master-klass keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin təşkilatçılığı, Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutu nəzdində fəaliyyət göstərən Azərbaycan Şərabçılığının Təşviqat Mərkəzinin, Azərbaycan məhsullarının Çinə ixracı ilə məşğul olan Çin xarici iqtisadi əməkdaşlıq şirkətinin dəstəyi ilə baş tutan master-klassda Çinin tanınmış şərab ekspertləri, idxalçılar və şərab şirkətlərinin təmsilçiləri iştirak ediblər.