Vətən müharibəsinin qəhrəman qardaşları - biri şəhidlik zirvəsinə yüksəldi, digəri qazi oldu
22.12.2020 [12:20]
Xəbərin mətni
Qırx dörd günlük Vətən müharibəsində Füzuli rayonundan olan Fəqan və Nicat Zalov qardaşları da qəhrəmanlıqları ilə fərqləniblər. Biri şəhidlik zirvəsinə ucalıb, digəri isə ağır yaralanaraq qazi olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zalovlar ailəsi 1993-cü ildə Füzuli rayonunun Aşağı Güzlək kəndindən məcburi köçkün düşüb. Evin kiçik övladı Fəqan 1997-ci ildə çadır şəhərciyində dünyaya göz açıb. Sonradan ailə Babı kəndinə, qohumlarının evinə köçüb.