CƏMİYYƏT


13 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı 13 kiloqrama yaxın narkotik vasitə və 4180 ədəd narkotik xassəli həb qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Elvin Səlimbəyli saxlanılıb. Onun üzərinə baxış zamanı 100 qram, yaşadığı mənzildən 1 kiloqram 208 qram heroin, 240 qramdan artıq psixotrop maddə olan metamfetamin, 271 qram tiryək, 660 ədəd preqabalin, 2240 ədəd metadon həbləri və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır