CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti elektron xidmətlərini təqdim etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti elektron xidmətlərini təqdim etdi.Pensiya kalkulyatoru e-xidməti də artıq istifadədir.Pensiya kalkulyatoru e-xidməti də vətəndaşların marağına səbəb ola biləcək e-yeniliklərdən biridir. İstifadəçilər e-sosial.az internet portalında qeydiyyatdan keçməklə və şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edərək, bu e-xidmət vasitəsilə özlərinin pensiya hüququnun yaranacağı tarix, pensiya yaşı, pensiya kapitalı, pensiyanın məbləği barədə məlumat əldə edə biləcək.