CƏMİYYƏT


Sərrast atışları ilə düşmənin canlı qüvvəsini və texnikasını məhv edən cəlilabadlı qəhrəman

Vətən müharibəsində qəhrəmanlıq göstərək şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçülərdən biri də Cəlilabad rayonunun Cəfərxanlı kəndində doğulub boya-başa çatmış Səyadulla Əhmədovdur.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailənin ilk övladı olan Səyadulla zəhmətsevərliyi ilə seçilirdi. Onun bu işgüzarlığı Vətən müharibəsində komandirlərinin də diqqətindən yayınmadı. 22 yaşlı döyüşçünü yüksək peşəkarlığına görə tağım komandiri təyin etmişdilər. O, sərrast atıcı kimi döyüşlərdə həmişə öndə gedirdi.