İQTİSADİYYAT


Ağ Şəhərdə ümumi uzunluğu 2460 metr olan daha bir neçə küçə inşa edilib

Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif ölçülü 11 avtomobil yolu inşa olunub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bunlar 4 hərəkət zolaqlı Qarabağ Atları Meydanı və Mərkəzi park küçələri, həmçinin 2 hərəkət zolaqlı 3,4 və 5-ci park küçələri, həmçinin qeyd olunan küçələrlə kəsişən və kəsişməyən digər küçələrdir. Yaşayış, inzibati, ticarət, ofis, məktəb binalarından və yaşıllıq ərazilərindən ibarət Mərkəzi Park kvartalında təhvil veriləcək yollar şəbəkəsinin Babək prospektinə çıxışlarını təmin etmək üçün aidiyyəti qurumlar tərəfindən burada irimiqyaslı işlər aparılıb.