Astarada torpaq sürüşməsi aktivləşib
24.12.2020 [17:48]
Xəbərin mətni
Son günlər ölkəmizin cənub bölgəsinə aramsız yağan yağışlar Astara rayonunun dağ kəndlərində sürüşmə sahələrində aktivliyi artırıb.
Astara Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Şümrüd kəndində baş verən son torpaq sürüşməsi nəticəsində 8 fərdi yaşayış evi qəzalı vəziyyətə düşdüyündən həmin evin sakinləri təxliyə olunub. Evlərini tərk etmək məcburiyyətində olan sakinlər hələlik yaxın qohumlarının evlərində yerləşiblər.