CƏMİYYƏT


Badamdar qəsəbəsində uzunluğu 7,8 kilometr olan küçə və yollarda təmir işləri yekunlaşıb

2020-ci ilin investisiya proqramına uyğun olaraq Səbail rayonunun Badamdar qəsəbəsi üzrə 1, 2 və 3-cü yaşayış massivlərində uzunluğu 7,8 kilometr olan küçə və yollarda təmir işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır