SİYASƏT


Rusiyanın RBK kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən reportaj yayımlayıb

Rusiyanın RBK televiziya kanalının əməkdaşları işğaldan azad edilmiş Azərbaycan ərazilərindən reportaj hazırlayıblar.AZƏRTAC xəbər verir ki, onların ilk yollandığı şəhər Ağdam olub. Rusiyalı jurnalistlər bildirirlər ki, burada yollarla hərəkət etmək olar, amma yol kənarına çıxmamaq tövsiyə edilir. Ətrafda minlərlə mina var. Ağdamda reportyorların diqqətini şəhərin demək olar ki, tamamilə dağıdılması çəkib.