CƏMİYYƏT


Qarabağdan AZƏRTAC-a salam var...

“Qarabağdan AZƏRTAC-a salamlar...” - sosial şəbəkələrdə paylaşılan və maraqla qarşılanan bu videonu dəfələrlə izləmişik. Bizə zəfər sevincini yaşadan igid əsgərlərimizin bir qrupu işğaldan azad olunmuş Qubadlıdan AZƏRTAC-a salam göndərir. Ön planda 44 günlük Vətən müharibəsinin iştirakçısı olan iyirmi dörd yaşlı əməkdaşımız, əsgər Mehrac Ağasiyevi görmək çox xoş və qürurvericidir. Bunu həm də iş yoldaşımızın döyüş hesabatı kimi qəbul edirik.