Pirallahı rayonunda daha 2 küçə təmir edilib
07.01.2021 [12:21]
Xəbərin mətni
Paytaxtın Pirallahı rayonu ərazisində 2 küçədə aparılan təmir işləri yekunlaşıb.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, rayonun Süleyman Bağırov və Gənclik küçələrində aparılan təmir işləri artıq bitib. S.Bağırov küçəsinin uzunluğu 2,9 kilometr, Gənclik küçəsinin uzunluğu isə 1,1 kilometr təşkil edir.