Azərbaycan Dövlət İnformasiya Agentliyi

Magistral və respublika əhəmiyyətli 2 avtomobil yolunun tikintisi başa çatıb

13.01.2021 [15:32]

Xəbərin mətni

Vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri yekunlaşıb.