SİYASƏT


Türkiyə məktəblilərinin məktubları Azərbaycan əsgərinə təqdim edilib

Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyənin dövlət və hökumət rəsmiləri ilə yanaşı, sadə vətəndaşlar da Azərbaycan xalqının və ordusunun yanında olduqlarını bütün dünyaya bəyan etdilər. Qardaş ölkənin mənəvi və siyasi dəstəyi xalqımızı nə qədər qürurlandırdısa, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunu, qələbəyə inamını da bir o qədər yüksəltdi. Bu dəstəkdən ruhlanan döyüşçülərimiz sonu zəfərlə nəticələnən bu müqəddəs savaşa atıldılar.