Azərbaycan Dövlət İnformasiya Agentliyi

İbtidai siniflər növbəli şəkildə dərsə başlayır

22.01.2021 [12:37]

Xəbərin mətni

Fevralın 1-dən etibarən ümumtəhsil müəssisələrində ibtidai siniflərdə növbəli şəkildə tədrisə başlanılacaq.AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yanvarın 22-də keçirilən brifinqdə deyib.Nazir qeyd edib ki, məktəbəhazırlıq qruplarında və icma əsaslı təhsil qruplarında da təhsil bərpa olunacaq.
Xatırladaq ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərar qəbul edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI