“Azərişıq” elektrik şəbəkələrini xəritələşdirməyə başlayıb
22.01.2021 [12:48]
Xəbərin mətni
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) yeni ildən daha bir uğurlu layihəyə başlayıb.ASC-dən AZƏRTAC-a bildirilib ki, informasiya texnologiyalarının paylayıcı şəbəkələrdə tətbiqi sahəsində dünyada müasir trendlərdən olan “3D - mobile mapping” texnologiyası elektrik şəbəkələrinin istismarı, qeydiyyatı, analizi və planlanmasının daha dəqiq və çevik həyata keçirilməsi üçün artıq istifadəyə verilib.