Tələbələrə təhsil kreditləri təqdim olunacaq
22.01.2021 [13:57]
Xəbərin mətni
Tələbələrə təhsil kreditləri təqdim olunacaq.AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yanvarın 22-də keçirilən brifinqdə deyib.Nazir qeyd edib ki, bununla bağlı dövlət büdcəsindən 80 milyon manat ayrılıb. Məqsəd ali təhsilin əlçatanlığını artırmaqdır.