SİYASƏT


Naxçıvan Qarnizonu Qoşunlarında 2020-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu Qoşunlarında 2020-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib.Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2021-ci yeni tədris ilinə hazırlıq planına uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib. Kiçik komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən toplantılarda müxtəlif ixtisaslı gizirlər və manqa komandirləri iştirak ediblər.