Şirvan Milli Parkında elmi-məlumatlandırıcı tədbir keçirilib
02.02.2021 [17:24]
Xəbərin mətni
2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri günü ilə əlaqədar Şirvan Milli Parkında İDEA İctimai Birliyinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının, Azərbaycan Ornitoloji Cəmiyyətinin, Azərbaycan Turizm Agentliyinin, Salyan Rayon İcra Hakimiyyətinin, Abşeron Milli Parkının, ETSN-nin əməkdaşlarının, ekokönüllülər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi-məlumatlandırıcı tədbir keçirilib.