CƏMİYYƏT


ANAMA və DİN əhaliyə müraciət edib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciətdə sakinlərə naməlum və şübhəli əşyalara toxunmamaları, xüsusilə, uşaqları tanımadıqları əşyalara əl vurmamaları və dərhal aidiyyəti üzrə 102 Xidməti - Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.