CƏMİYYƏT


Bu qış dəyişkən keçsə də, arıçılıqda problem yaşanmır - Tovuzdan reportaj

Arıçıların əksəriyyətinin fikrincə, COVID-19 pandemiyası dövründə arı məhsullarına tələbat artıb. Alıcılar immuniteti artırdığı üçün bu məhsullara üstünlük verirlər. Hazırda isə arıçılar qış qayğıları ilə məşğuldurlar.AZƏRTAC xəbər verir ki, Tovuz rayonunda arıçılar arıların qış yuxulamasında olmasına baxmayaraq, yaza hazırlaşırlar. İndidən çərçivə, mum, seleksiya işləri ilə məşğuldurlar.Tovuzlu arıçılar bu il məhsullarını yaxşı qiymətə, təxminən 1 kiloqram balı 30-50 manata satdıqlarını deyirlər. Arı pətəklərini dağa apararkən, yəni köç zamanı da çətinlik yaşanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır