İQTİSADİYYAT


Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulub

Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı aparılan yenidənqurma işləri yekunlaşdırılıb. Başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolu 4-cü texniki dərəcəlidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun ümumi uzunluğu 13 km-dir. Yenidənqurma işləri çərçivəsində yol boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb.