SİYASƏT


İstanbulda “Azərbaycan” prospekti istifadəyə verilib

Fevralın 3-də Türkiyənin İstanbul şəhərində “Azərbaycan” prospektinin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, İstanbulun mərkəzi rayonlarından biri olan Sarıyerin qədim hissəsindəki “Cendere” prospektinin adı ölkəmizin bu şəhərdəki baş konsulluğunun təklifi və təşəbbüsü əsasında dəyişdirilərək “Azərbaycan” adlandırılıb. Bu, “bir millət, iki dövlət!” şüarı altında birləşən Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq bağlarının daha bir bariz nümunəsidir.