CƏMİYYƏT


Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutuldu

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə bir nəfər qadın ərizə ilə müraciət edərək özünü polis əməkdaşı kimi təqdim edən Vüsal adlı şəxsin guya onu dövlət qurumlarından birində işə düzəldəcəyi adı ilə aldadıb ayrı-ayrı vaxtlarda 17 min manat pulunu aldığını bildirib.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Babayev saxlanılıb.